Azərbaycanda genişzolaqlı internet xidmətləri ucuzdur?

Azərbaycan genişzolaqlı internetə görə ucuz aylıq abunə haqqı siyahısında dünya ölkələri arasında ilk 25-liyə daxildir.

TIME Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın “cable.co.uk” analitika saytının reytinqində deyilir.

Azərbaycanda genişzolaqlı internetin ortalama aylıq ödənişi 15 dollara (25,5 manat) bərabərdir. Bu göstəriciyə görə Azərbaycan 220 ölkə arasında 22-ci yerdə qərarlaşıb.

Reytinqə görə, MDB regionu genişzolaqlı internet istifadəsinə görə ən ucuz regionlardan biridir.

Region ölkələri arasında Belarusda genişzolaqlı internetin orta aylıq qiyməti 7,39 dollar (12,56 manat), Ukraynada 7,4 dollar (12,58 manat), Rusiyada 8,07 dollara (13,72 manat), Tacikistanda 15,38 dollar (26,15 manat), Türkmənistanda 46,28 dollar (78,68 manat).

Dünyada ən bahalı internet Burundidə (429,95 dollar, 730,9 manat), Syerra-Leonedə (316,69 dollar, 538,38 manat), Bruneydə (258,42 dollar, 439,3 manat) qeydə alınıb.

Genişzolaqlı internetin ən ucuz orta aylıq qiymətləri isə Suriyada (2,15 dollar, 3,65 manat), Sudanda (4,8 dollar, 8,16 manat), Belarusda (7,39 dollar, 12,56 manat) qeydə alınıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma