Tələbələrin yaz düşərgəsinə qeydiyyat davam edir

29 aprel – 3 may tarixlərində Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qubada tələbələrin yaz düşərgəsi təşkil ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, düşərgədə iştirak etmək istəyən tələbələr 20 aprel 2022-ci il tarixinədək https://anket.edu.az/link/179  linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin (“Riyazi analiz”, “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə) yoxlanılması məqsədilə keçiriləcək test imtahanında uğur qazanmalıdırlar.

Qeyd edək ki, düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

Daha ətraflı məlumatı müvafiq link vasitəsilə əldə edə bilərsiniz: https://bit.ly/3DZ0krk.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma