Gəncədə gənc mühasiblər üçün seminar keçirilib

Gənc Mühasiblər İctimai Birliyinin “Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün Peşəkar Mühasib
Sertifikatı ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrası davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihə çərçivəsində nəzərdə tutulan mühasiblərin və mütəxəssislərin iştirakı ilə peşəkar mühasib sertifikatının əldə edilməsi prosesinin təşkili, PMS-in əhəmiyyəti, PMS almağın üstünlükləri, imtahanların keçirilməsi və mövzu ilə bağlı iştirakçıları maraqlandıran digər məsələlərin müzakirə edilməsi məqsədilə Gəncə şəhərində 9 və 10 aprel 2022-ci il tarixlərində mühasiblər üçün seminar təşkil olunub.

Hər seminarda 15 mühasib olmaqla 30 nəfər iştirak edib. Seminara PMS üzrə mütəxəssis Azərbaycan Dövlət Aqrar Universitetində Mühasibat uçotu və Audit kafedrasının baş müəllimi İsa Şəfiyev təlimçi qismində dəvət olunub. Seminar GMB-in sədri Solmaz Əliyevanın çıxışı ilə açıq elan olunub. Daha sonra seminar müddətində nəzərdə tutulan mövzular üzrə İsa Şəfiyev məlumat verib və yekunda isə iştirakçı mühasiblərə maraqlı olan PMS imtahanı ilə bağlı suallarına
cavablar verilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma