“Autizm aylığı” – “İncəsənət ruhu oyadır”

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 12 aprel  2022-ci il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzində “İncəsənət ruhu oyadır” adlı elmi-praktiki seminar təşkil olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, seminarın məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəniyyət və incəsənət vasitəsi ilə cəmiyyətə adaptasiya edilmələri üçün geniş şərait yaratmaqdır.

Mərkəzin cari ilin birinci yarımilin İş planına uyğun olaraq keçirilmiş seminar Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəylinin salamlama nitqi ilə açıq elan edilib.

Həmçinin, S.Xələfbəyli qeyd etdi ki, autizm spektr pozuntusu olan uşaqların cəmiyyətə inteqrasiya olunması prosesində, habelə sözügedən uşaqlarda müxtəlif bacarıqların inkişaf etdirilməsində bir sıra qurum və mütəxəssislərin müştərək fəaliyyət göstərməsi çox önəmlidir.

Tədbirdə hökumət və qeyri-hökumət təşkilatlarının, müxtəlif qurumların nümayəndələri və Mərkəzin əməkdaşları iştirak edib. Ombusdman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Cəfərova, Sosial Xidmətlər Agentliyi Sosial müəssisələrlə iş departamentinin müdir müavini Sara Ağayeva, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə, Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi katibliyin xüsusi və inklüziv təhsil üzrə mütəxəssisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə İmanova, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Kamran Salayev, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının əməkdaşı, “Nəfəs” Psixonevroloji sağlamlıq akademiyasının təsisçisi İkram Rüstəmov və  Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov geniş və əhəmiyyətli mövzuları əhatə edən mühazirələrlə çıxış etmişdirlər.

Mütəxəssislər qeyd etdilər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların digər insanlardan fərqləndirilməməsi, onların cəmiyyətin bərabərhüquqlu fərdləri kimi yaşaması, cəmiyyətə inteqrasiya olunmaları, komplekslərdən qurtulmaları üçün əlimizdən gələni əsirgəməməliyik. Vurğulandı ki, bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmaq, ehtiyaclarını öyrənmək, onlara mənəvi cəhətdən yardım göstərmək, daima dinləmək və anlamağa çalışmaq lazımdır.

Ekspertlər eyni zamanda bildirmişlər ki, autizm spektr pozuntusu olan insanların, xüsusilə uşaqların cəmiyyətə tam və bərabərhüquqlu inteqrasiyası üçün geniş ictimaiyyət arasında müəyyən təbliğat xarakterli işlərin aparılması olduqca vacib bir məsələdir.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin autizm spektr pozuntusu diaqnozu müəyyən edilmiş insanların cəmiyyətə inteqrasiya olunması prosesinə göstərdiyi diqqət və marağın son dərəcə önəmli olduğu qonaqlar tərəfindən xüsusilə vurğulanmışdır.

Qeyd edək ki, seminarın bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əlisahib Bayramovun, “Mavi ürəklər” xor qrupunun (fortepianoda müşaiyət: Arzu Səmədqızı) ifaları dinlənilib, Heydər Əliyev muzeyinin ekspozisiyasına, tematik videoçarxına və autizm spektr pozuntusu olan uşaqların rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxılıb. Tədbirin son hissəsində isə qonaqlar “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzinın dəstəyi ilə autizm spektr pozuntusu olan uşaqlar tərəfindən hazırlanan müxtəlif təamları dadmışdırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma