Əsas kapitala yönəldilmiş vəsaitin həcmi 9,5% azalıb

2022-ci ilin yanvar-mart aylarında əsas kapitala 2440,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz az vəsait yönəldilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,1 faiz artıb.

İstifadə olunmuş vəsaitin 1524,7 milyon manatı və ya 62,5 faizi məhsul istehsalı sahələrinə, 743,2 milyon manatı (30,4 faizi) xidmət sahələrinə, 172,8 milyon manatı (7,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 1676,7 milyon manatını və ya 68,7 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1688,2 milyon manatı və ya 69,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,8 faiz, büdcə vəsaitləri 24,6 faiz, əhalinin şəxsi vəsaitləri 8,1 faiz, sair vəsaitlər 3,8 faiz, bank kreditləri isə 1,7 faiz təşkil edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma