Qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edilib

Ölkədə ISO 22000:2018 beynəlxalq standartının yeni versiyası əsasında  AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı qəbul edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə hazırlanan standart layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Standartın tətbiqi ölkədə qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin idarə edilməsi və bu sahə üzrə qida zəncirində iştirak edən təşkilatların fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, həmçinin qida məhsullarının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma