Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib.
TIME bildirir ki, iclasda Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb.
Bu məsələlər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib, müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda ilk məsələ olaraq Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirə edilib. Daha sonra Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq təsdiq edilib.