İnfarktı hansı simptomlara görə müəyyən etmək olur?

Ürək-damar xəstəliklərinin yaranma səbəbi müxtəlif olur. Bəzən buna səbəb insanın digər xəstəliklərdən əziyyət çəkməsi olur, bəzən psixoloji vəziyyəti, bəzən isə həddən artıq piylənmə. Qeyd etməliyik elə hallar olur ki, insan infarktı keçirir lakin, həkimə müraciət etmədiyinə görə bundan xəbərsiz olur bu isə daha böyük sağlıq problemlərinə səbəb olur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev nazirliyin sosial şəbəkələrdəki hesablarına ürək-damar xəstəlikləri ilə bağlı gələn sualları cavablandırıb.

Fərid müəllim, infarktın ən çox görülən simptomları hansılardır?

Miokard infarktının ən çox görülən simptomu sinədə ağrı şikayətidir. Ağrı əsasən döş sümüyü arxasında yaranıb, çiyinə, qollara, ənsə, çənə nahiyələrinə, dişlərə, qarın və kürək bölgələrinə yayılır. Bəzən ağrı bu bölgələrdən sadəcə birində hiss edilir və 20 dəqiqədən daha uzun müddət davam edir. Ağrı şiddətli (göynədici, yandırıcı) və ya küt xarakterli, sıxıcı, ağırlıq, basqı hissi şəklində ola bilər. Ağrılar bəzən epiqastral nahiyədə olduğundan diqqətdən qaçmamalıdır.
Bundan əlavə, aşağıdakı simptomlara da sıx rast gəlinir: başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, təngnəfəslik və tərləmə, soyuq tər hissi və s.

İnfarkt simptomunu hiss edən şəxs ilkin olaraq nə etməlidir?

Kəskin miokard infarktı zamanı optimal müalicə xəstənin erkən zamanda koronar müdaxilənin icra edilə biləcəyi mərkəzə çatdırılması nəticəsində mümkündür. İnfarkt simptomlarını hiss edən şəxs ilk olaraq dərhal təcili tibbi yardıma məlumat verməlidir. Erkən zamanda təcili yardımla invaziv müdaxilənin (ürəyin koronar (tac) damar açılması proseduru) icra edilə bildiyi mərkəzə çatdırılmalıdır.
İnfarktdan sonra fiziki fəaliyyətin dozası üçün xüsusi proqramlar var. Təhlükəsiz fiziki fəaliyyət növləri və onların intensivliyi ilə bağlı kardioloqla məsləhətləşməniz tövsiyə olunur. Yüksək intensivlikli müqavimət məşqlərindən (ağırlıq qaldırma), günün soyuq saatlarında və yeməkdən sonra idmanla məşğul olma ürəyə əlavə yükdür. Bundan əlavə, miokard infarktından sonra bərpa dövründə bir sıra tənəffüs məşqlərini yerinə yetirmək tövsiyə olunur.

Ürək-damar xəstəliklərinin inkişafı üçün əsas risk faktorları hansılardır?

Kardiovaskulyar xəstəliklərin yaranması yalnız bir səbəbdən olmur. Ona görə də bəzi risk faktorları ürək-damar xəstəlikləri üçün təhlükəni artırır. Belə ki, xroniki böyrək çatışmazlığı, kontrolsuz arterial və diabet olan xəstələrdə ürək-damar xəstəlikləri baxımından risk artmış olur.
Bununla yanaşı, xolesterol səviyyəsinin yüksək olması, piylənmə və depressiya kardiovaskulyar xəstəliklər üçün risk daşıyan patologiyalardandır.
Bu səbəbdən də risk faktorları 2 qrupa bölünür – modifikasiya oluna bilən və oluna bilməyən.
Modifikasiya oluna bilən faktorlara aiddir: yüksək total xolesterol səviyyəsi; hipertenziya; diabet; pəhrizə riayət olunmaması və piylənmə; siqaret və alkoqol istifadəsi; fiziki passivlik.
Modifikasiya oluna bilməyən faktorlara isə ailə (irsi) anamnezi, cins və yaş göstəricisi aiddir.

Uşaqlarda daha çox hansı ürək xəstəlikləri rast gəlinir?

Uşaqlarda ürək xəstəlikləri aşağıdakı qrupları əhatə edir: anadangəlmə ürək qüsurları; ürəyin revmatik xəstəlikləri; aritmiya.
Uşaqlarda ürək xəstəliklərindən ən çox rast gəlinəni anadangəlmə anomaliyadır. Bunlara ürək boşluqları arasında arakəsmələrdə və ya ürəkdən çıxan böyük damarlarda olan qüsurlar; mədəciklərarası çəpər qüsuru; qulaqcıqlararası çəpər qüsuru; botal axacağın açıq qalması; ürək qapaq xəstəlikləri; hipoplastik sol mədəcik sindromu; Fallo tetradası və s. aiddir.
Bütün yaş dövrlərində, həmçinin ürəyində heç bir dəyişiklik olmayan uşaqlarda da aritmiya təsaduf olunur. Ürək döyüntüləri sürətlənir və şəxs ürək çırpıntılarını aydın hiss edir. Həyacanlanma, yaxud hər hansı fiziki aktivlik zamanı aritmiya xeyli artır.
Qeyd edim ki, ürəyin revmatik xəstəlikləri müalicə olunmadığı təqdirdə streptokok mənşəli yoluxucu infeksiyalar müşahidə oluna bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma