Azercell-in regional stansiyalarında müvəqqəti problemlər yaranıb

1Bu gün 12 aprel 2022-ci il saat 17:50-18:20 radələrində ölkə ərazisində müşahidə edilən güclü küləyin təsiri nəticəsində Gəncə, Qazax, Bərdə, Ağcabədi, Kürdəmir, Ağsu, Füzuli və Beyləqan bölgələrində elektrik enerjisinin təminatında bəzi kəsintilər yaranıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla əlaqədar “Azercell Telekom” MMC-yə aid stansiyaların enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranmış müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət operativ tədbirlər həyata keçirib. 

Qeyd edək ki, generatorlar vasitəsilə şirkətin əsas ofisləri, Telefon Mərkəzi və Məlumat Mərkəzinin, eləcə də bir sıra saytların kəsintisiz fəaliyyəti təmin edilib, digər saytların bərpası üçün isə yeni daşınan generatorlar yerlərə göndərilib. 

Hazırda dəyişkən hava şəraitinə baxmayaraq, Azercell abunəçilərinin bütün ölkə ərazisində keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma