AQTİ Regional Sınaq Laboratoriyasına işə qəbul üçün vakansiya elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasına mikrobioloq vəzifəsi üzrə işə qəbulu üçün müsahibə elan edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, AQTİ Lənkəran rayonunda işləməyə razı olan və ya yaşayış yeri həmin əraziyə yaxın yerləşən, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədləri işə dəvət edir.

Namizədlərdən müvafiq sahə üzrə ali təhsil və minimum iş təcrübəsi tələb olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “Lənkəran – mikrobioloq” yazaraq, hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək, müsahibəyə dəvət olunacaqlar. Əlaqə nömrəsi: +994 12 377 00 20 (daxili 530).

Leave a Reply Cancel reply