Bakıda uşaqlar üçün “Sonik 2 kinoda” şou proqramı keçirilib – FOTO/VİDEO

Bakıda premium kinoteatrda uşaqlar üçün “Sonik 2 kinoda” filminə həsr olunmuş şou proqram keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında uşaqlar üçün “Sonik 2 kinoda” filminə həsr olunmuş şou proqram keçirilib.


Tamaşanın mərkəzində hər tərəfdən uşaqlarla əhatə olunmuş böyük Sonik personajı var idi. Onlar onunla rəqs edib, şəkil çəkdirirdilər. Nail Nəzərovun komandası balaca qonaqlara şarlardan fiqurlar hədiyyə edib, rəssam isə onların üzlərinə müxtəlif şəkillər çəkib.

Uşaqlar müsbət emosiyalar aldılar və daha sonra “Sonik 2 kinoda” filminə baxmağa getdilər.
Sega tərəfindən nəşr olunan video oyun franşizasına əsaslanan 2022-ci il istehsalı olan döyüş-macəra komediya filminin rejissoru Ceff Faulerdir.

Baş rollarda Ben Şvarts, İdris Elba və Cim Kerri tanınmış aktyorlar çəkilidlər.
Green Hills-də məskunlaşan Sonik, əsl qəhrəmanın bütün xüsusiyyətlərinə sahib olduğunu sübut etməyə çalışır. Qəhrəmanlıq sınağı isə tez qarşısına çıxır: Dr Robotnik yenidən hiylə qurur. Bu dəfə sirli tərəfdaşı Naklz ilə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma