Bəzi qəsəbələrdə içməli suyun verilməsi məhdudlaşdırılacaq

Bakı ətrafı qəsəbələrdə içməli suyun verilməsi müvəqqəti məhdudlaşdırılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yay mövsümünə hazırlıq məqsədilə aparılan profilaktik işlərlə əlaqədar 12 aprel 2022-ci il tarixində gün ərzində Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.

Leave a ReplyCancel reply