Azercell-dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə!

Ölkənin lider mobil operatoru “Azercell Telekom”un müqəddəs Ramazan ayı münasibətilə öz abunəçilərinə xüsusi hədiyyəsi var.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu bayram ayında hər kəsə xoş ovqat bəxş etmək məqsədilə Azercell özəl Ramazan kampaniyası iştirakçılarına 2GB həcmində internet paketlərini hədiyyə edir.
Kampaniyanın şərtlərinə əsasən, 9 aprel – 2 may 2022-ci il tarixlərində Azercell fakturasız xətt (SimSim) sistemindən istifadə edən abunəçilərə Ramazan ayının ruhuna uyğun olaraq imsak vaxtında istifadə üçün 2GB internet paketi təqdim olunur. Hədiyyə paketini əldə etmək üçün fakturasız xətt abunəçiləri Aylıq İnternet paketlərindən birinə (500MB, 1GB, 5GB, 10GB, 30GB, 50GB), yaxud “Sərbəst” tariflərindən birinə və ya GəncOL 6/9 tariflərindən birinə qoşulmalıdır. Təqdim olunan paketdən 2 may tarixinə qədər 02:00 -06:00 saatları arasında istifadə etmək mümkündür.
Kampaniya haqqında daha ətraflı məlumatı “Azercell Telekom” MMC-nin rəsmi veb-səhifəsindən əldə etmək mümkündür: https://bit.ly/ramazan-campaign-az
Hər zaman abunəçilərinə xüsusi bayram hədiyyələri təqdim edən Azercell şirkəti Ramazan ayı münasibətilə hər kəsi təbrik edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma