Azərbaycan-Fransa iqtisadi-ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparılıb

Fransanın “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin Fransa ilə iqtisadi, humanitar və mədəniyyət sahələrində əməkdaşlığını qeyd edib, “MEDEF International” təşkilatının iki ölkənin biznes dairələri arasında işgüzar əlaqələrin inkişafında rolunu vurğulayıb.

Bildirilib ki, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərir, bir sıra infrastruktur layihələrinin reallaşmasında podratçı kimi iştirak edirlər. Fransa nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi inkişafının əsas prioritetləri və Azərbaycan İnvestisiya Holdinqinin dövlət şirkətləri ilə bağlı həyata keçirdiyi islahatlar, tətbiq edilən müasir korporativ idarəetmə metodları barədə məlumat verilib.

Fransanın “MEDEF İnternational” təşkilatının baş icraçı direktoru Filip Qotye Azərbaycanda keçirdikləri görüşləri müsbət qiymətləndirib, təmsil etdiyi qurumla əməkdaşlığın postpandemiya dövründə də davam etdirilməsinin önəmini qeyd edib. Filip Qotye Azərbaycanın regionda etibarlı tərəfdaş olduğunu vurğulayıb, “MEDEF International”ın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə səmərəli əməkdaşlığı davam etdirəcəyini bildirib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Fransanın biznes dairələrinin geniştərkibli nümayəndə heyətinin ölkəmizdəki görüşlərinin Azərbaycanın işgüzar dairələri ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın Avropa şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitinə malik olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-Fransa iqtisadi-ticarət əlaqələrinin inkişafı, nəqliyyat, enerji, o cümlədən hidrogen istehsalı və s. sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma