“Young Lions Azerbaijan 2022” müsabiqəsinə qeydiyyat başlayıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions Azerbaijan 2022” müsabiqəsi keçirilir. Müsabiqənin qalibləri Fransanın Kann şəhərində baş tutacaq böyük finalda iştirak etmək hüququ əldə edəcəklər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, reklam istehsalçılarının ən nüfuzlu beynəlxalq festivalı 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində keçirilən “Cannes Lions” hesab olunur. Bu festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi isə ikinci dəfə ölkəmizdə təşkil olunur. 1955-ci ildən bəri təşkil olunan bu müsabiqədə 30 yaşadək (24 iyun, 1990 təvəllüd və ya daha sonra doğulanlar) yaradıcı şəxslər ikili komanda şəklində iştirak edə bilərlər. “Young Lions Azerbaijan 2022” yarışmasında “çap” və “videoçarx” kateqoriyaları üzrə müsabiqə keçiriləcəkdir.

Müsabiqədə qeydiyyatdan keçən iştirakçıların növbəti mərhələdə müsabiqə təşkilatçıları tərəfindən göndəriləcək təlimata əsasən “çap” kateqoriyası üçün 24 saat, “videoçarx” üçün isə 72 saat ərzində yaradıcı məhsul hazırlamaları tələb olunur. Göndəriləcək işlər beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, hər kateqoriya üzrə bir komanda olmaqla ümumilikdə 2 qalib komanda müəyyənləşdiriləcəkdir. Müsabiqənin əsas mükafatı hər kateqoriya üçün iki nəfərdən ibarət komandanın “Young Lions Competitions 2022” finalında iştirak etmək hüququ olacaq.

Son müraciət tarixi: 13 aprel 2022.

Müsabiqədə qeydiyyatdan keçmək və daha ətraflı məlumat almaq üçün www.canneslions.az saytına daxil ola bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma