13 mart 2022-ci il tarixində dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (A növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
Dövlət İmtahan Mərkəzi tərəfindən 13 mart 2022-ci il tarixində dövlət qulluğunun A (inzibati rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını əldə etmək üçün Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasına və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrinə müraciət edə bilərlər.