Bakının mərkəzində içməli suyun verilməsi məhdudlaşdırılıb

Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakı şəhəri Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar 08 aprel 2022-ci il tarixində Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb. Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Leave a Reply