Azercell Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

Aparıcı mobil operator işğaldan azad olunmuş ərazilərdə müştərilərinə xidmət göstərən ilk şirkət olaraq Qarabağa səfərlərini davam etdirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 5 aprel tarixində Azercell Müştəri Xidmətləri komandası azad olunmuş ərazilərimizdə şirkətin şəbəkəsindən faydalanan abunəçilərə dəstək göstərmək təşəbbüsü ilə Zəngilanın Ağalı kəndinə səfər etdilər.

Xatırladaq ki, ötən ilin aprel ayında dövlət başçısı Prezident İlham Əliyevin “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncamına əsasən Zəngilan rayonunun Ağalı kəndinin ərazisində ilk “Ağıllı kənd” layihəsinin təməli qoyulmuşdur. 

“Azercell Telekom” da bu konsepsiyaların nəzərdə tutduğu əşyaların internetinə (IoT) əsaslanan daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən Azərbaycanın ilk mobil operatoru oldu və bu istiqamətdə fəaliyyətini davam etdirməyə hazırdır.

Həkəri çayının sahilində yerləşən Ağalı kəndində Azercell Müştəri Xidmətləri Zəngilanda çalışan abunəçilərlə görüşdü. Səfər zamanı hərbçilər, tibb işçiləri, müxtəlif qurum və şirkətlərin əməkdaşları da daxil olmaqla, çoxsaylı abunəçiyə xidmət göstərilərək 50-dən çox fərqli müxtəlif müştəri əməliyyatı həyata keçirildi. Qeyd etmək lazımdır ki, bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsisat, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar Zəngilan abunəçiləri üçün ödənişsiz həyata keçirildi.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Azercell-in Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər etmiş və oradakı abunəçilərə ödənişsiz xidmətlər göstərmişdir. Bundan əlavə, Azercell şirkəti Şuşada Azercell Eksklüziv ofisini, həmçinin, Zəngilanda rəsmi diler mağazasını açacaq.

Azercell-in əsas vəzifəsi və məqsədi işğaldan azad ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma