KOBİA reqional mərkəzlərdə vakansiya elan edib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB dostu departamentinin Qazax, Gədəbəy, Daşkəsən və Beyləqan rayonları üzrə KOB dostu, “Yevlax KOB evi”nin İnformasiya texnologiyaları üzrə baş mütəxəssisi vəzifələrinə işə qəbul elan edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, KOB dostu vəzifəsi üzrə əmək funksiyaları aşağıda qeyd edilib:

– fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Agentliyi təmsil etmək;

– regionda KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdığı çətinliklərin həllinə operativ dəstək göstərmək;

– sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparmaq;

– Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirmək;

– regionda KOB sektorunun inkişafı ilə bağlı təkliflər hazırlamaq;

– KOB-ların təşəbbüs və təkliflərinin reallaşdırılması istiqamətində tədbirlər görmək;

– səlahiyyətləri daxilində müvafiq sahə üzrə layihələrin hazırlanmasında, həyata keçirilməsində və icrasında iştirak etmək;

– müvafiq tədbir və görüşlərin təşkil olunmasında aidiyyəti üzrə hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək;

– qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək, sahibkarlığın inkişafı ilə bağlı digər işlər görmək;

– ərazi üzrə zəruri dövri hesabatların və məlumatların qəbul olunmasını, emalını, təhlil və ümumiləşdirilməsini həyata keçirmək, fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və soğulara qanunvericiliyə uyğun olaraq baxılmasını və aidiyyəti üzrə əlaqələndirilməsini təmin etmək;

– departamentin əsasnaməsi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Namizədə dair tələblər:

  • Ali təhsil tələbi: İqtisadiyyat, hüquq və idarəetmə ixtisas qrupları;
  • Sahibkarlıq fəaliyyəti üzrə zəruri iqtisadi və qanunvericilik bilikləri olmalı; 
  • Sahibkarlara göstərilən dövlət dəstəyi və təşviqetmə mexanizmləri haqqında məlumatlı olmalı;
  • Vətəndaşların müraciətlərinə dair qanunvericilik bilikləri olmalı;
  • Agentliyin strukturu, nizamnaməsi, fəaliyyət istiqamətləri və dəstəkləri haqqında məlumatlı olmalı.

“Yevlax KOB evi”nin İnformasiya texnologiyaları üzrə baş mütəxəssisi vəzifəsi üzrə əmək funksiyaları:

  • Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması, yüklənməsi və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
  • Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi;
  • Daxil olmuş sorğuların vaxtında və düzgün həll edilməsini təmin etmək;
  • Daxil olan rəyləri və təklifləri müvafiq komanda üzvlərinə yönəltmək;
  • Aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil tələbi: İdarəetmə, Humanitar, sosial və texniki ixtisaslar qrupu;
  • PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla işləmək bacarığı;
  • Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı;
  • Windows əməliyyat sistemində işləmə bacarığı;
  • Microsoft Office proqramlarından istifadə təcrübəsi;
  • Windows Server, Active Directory və Group Policy anlayışının olması;
  • Router, Sviç və şəbəkə təhlükəsizliyi avadanlıqları, İP telefoniya sistemləri, elektron poçt server sitemləri, Antivirus sistemindən istifadə təcrübəsinin olması.

Şərtlər: 

– Tam iş günü, iş qrafiki I-V günlər. 

Agentliyin fəaliyyəti haqqında (qanunvericilik, dəstəklər, fəaliyyət istiqamətləri və s.) www.smb.gov.az saytından məlumat əldə edə bilərsiniz. 

Xahiş olunur ki, CV-lərinizi yalnız Azərbaycan dilində, mövzu yerinə “KOB dostu (region adı)” və “Yevlax KOB evinin İnformasiya texnologiyaları üzrə baş mütəxəssisi” yazaraq 20.04.2022-ci il tarixinə qədər hr@smb.gov.az ünvanına göndərəsiniz. 

Yalnız müvafiq tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma