“Kinder” yumurtalarında salmonella “sürprizi” araşdırılır

Uşaqlrın ən çox sevdiyi içində kiçik konstruktor və ya oyuncaq sürprizi olan “Kİnder” şokoladlı yumurtalarında salmonella bakteriyasının mövcud olması ehtimalı var və istehsalçı şirkət bu silsiləyə aid olan məhsulları bir neçə Avropa ölkəsindən geri çağırıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İngiltərənin Qida Standartları və İrlandiyanın Qida Təhlükəsizliyi agentliklərinin yaydıqları rəsmi məlumatlara əsasən, İtaliyanın “Ferrero” şirkəti Belçikada yerləşən müəssisəsində istehsal olunan, son istifadə müddəti məhsulun çeşidinə uyğun olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il tarixləri olan aşağıdakı cədvəldə qeyd edilən məhsullarında salmonella olması ehtimalını nəzərə alaraq, həmin məhsul partiyalarının əsas satış ölkələri olan İngiltərə, İrlandiya, Almaniya, İsveç, Fransadan geri çağırılmasına dair qərar qəbul edib.

MəhsulQablaşdırmanın ölçüsüİstifadə müddəti
Kinder Mini Eggs75 qrson istifadə müddəti 20 aprel 2022-ci il – 21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Egg Hunt Kit150 qrson istifadə müddəti 20 aprel 2022-ci il –  21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Surprise100 qrson istifadə müddəti 20 aprel 2022-ci il –  21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Schokobons200 qrson istifadə müddəti 20 aprel 2022-ci il – 21 avqust 2022-ci il tarixlərində bitən
Kinder Surprise20 qrson istifadə müddəti 11 iyul 2022-ci il – 7 oktyabr 2022-ci il tarixlərində bitən
Kinder Surprise20 qr *3son istifadə müddəti 11 iyul 2022-ci il və 7 oktyabr 2022-ci il tarixlərində bitən

Şirkətin rəsmi açıqlamasında sınaq yoxlamaları zamanı həmin məhsullarda salmonella aşkarlanmadığı bildirilsə də, ehtiyat tədbiri olaraq araşdırmalar bitənədək bu qənaətə gəlindiyi vurğulanır. Eyni zamanda İngiltərə və İrlandiyada uşaqlar arasında salmonella mənşəli zəhərlənmələrə rast gəlindiyi əsas götürülərək, qeyd edilən məhsul partiyalarında salmonella ilə bağlı xüsusi araşdırmalara başlanılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, ölkəmizə idxal olunan bütün növ qida məhsulları, o cümlədən “Ferrero” şirkətinə məxsus məhsullar idxal olunduğu ölkədən asılı olmayaraq, risk əsaslı nəzarət tətbiq edilməklə müayinələrə cəlb olunur.

Məlumat üçün bildiririk ki, ölkəmizə müxtəlif ölkələrdən “Ferrero” şirkətinə məxsus qeyd edilən məhsullar idxal edilmiş və Agentlik tərəfindən digər göstəricilərlə yanaşı, salmonellaya görə müayinələrə cəlb edilmiş və salmonella törədicisi aşkarlanmamışdır.  Eyni zamanda, 2022-ci ildə Agentliyə uşaqlar arasında salmonella mənşəli qida zəhərlənməsi ilə bağlı bildiriş daxil olmayıb.

Hazırda araşdırmalar davam etdirilir və araşdırmaların nəticələri əsasında ictimaiyyətə əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma