İki nazirliyə yeni səlahiyyətlər verilib

Nazirlər Kabineti “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu Qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə biləcək.

Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC artıq qanunvericiliklə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinin razılığı ilə nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə biləcək.

İdarə heyətinin tərkibi 3 nəfərdən – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və sədrin iki müavinindən ibarətdir.

Bundan əvvəl İdarə heyətinin tərkibi 3 nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarət idi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma