Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il aprelin 10-da Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2022-ci il 1 fevral – 28 mart tarixlərində aparılıb.

İmtahanda 915 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahan Bakı şəhərində təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır.

İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır. İmtahana buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

– şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3×4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));

– imtahana buraxılış vәrәqәsini;

– sağlamlıq haqqında bәyannamәni.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

  • Azərbaycan dili;
  • Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir.

İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 10 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 82 nəzarətçi-müəllim, 8 buraxılış rejimi əməkdaşı cəlb ediləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma