Sabunçu sakini keçmiş arvadını qətlə yetirərək intihar edib – VİDEO

Bu gün, aprelin 6-da Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misri Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aparılmış araşdırmalarla Misri Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Misri Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Leave a ReplyCancel reply