Rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı cədvəli açıqlanıb

Cari ilin fevral ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin təyinatı keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təyinat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aprelin 14-ü və 15-də aşağıdakı cədvəl üzrə keçiriləcək.

Müraciət edənlərdən şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur.

Tarix və vaxtİxtisas
14 aprelsaat 10:00Anesteziologiya-reanimatologiyaPediatriyaNevrologiyaDaxili xəstəliklərKardiologiyaHematologiyaLaboratoriya işiNefrologiya
15 aprelsaat 10:00Mamalıq-ginekologiyaStomatologiyaŞüa diaqnostikasıMikrobiologiyaÜmumi cərrahiyyəOnkologiyaUşaq cərrahiyyəsiOtorinolarinqologiyaYoluxucu xəstəliklərOftalmologiyaPsixiatriyaDermatovenerologiyaRevmatologiya

Leave a Reply Cancel reply