Azərbaycanlı araşdırmaçıların Kembric Universitetində tədqiqat aparmasına şərait yaradılacaq

Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin rəhbərliyinin Kembric Universitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Forumunun direktoru professor Montu Saksena ilə görüşü keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə baş tutmuş görüşlərin məqsədi Azərbaycan təhsil müəssisələrinin tədqiqat işinin gücləndirilməsi məqsədilə Kembric Universitetində araşdırma və tədqiqatçı mübadiləsinin həyata keçirilməsi, həmçinin azərbaycanlı araşdırmaçıların Kembric Universitetinin Kavendiş laboratoriyasında tədqiqat aparmasına şərait yaradılması məqsədilə fizika sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də görüş keçirilib. Görüşdə əldə olunmuş razılığa əsasən əməkdaşlıqların gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma