Saxta yollarla hazırlanmış “Organic Line” nişanlı alkoqollu içkilər aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, agentlik əməkdaşları tərəfindən Samux rayonu, Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən, fiziki şəxs Abbasov Mətləb Fazil oğluna məxsus şadlıq sarayında keçirilən monitorinq zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, saxta yollarla hazırlanmış “Organic Line” nişanlı alkoqollu içkilər aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsullar müsadirə edilərək saxlanca qoyulub. Müayinələrin aparılması üçün alkoqollu içkilərdən götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, məhsulun normativ tələblərə cavab vermədiyi müəyyən edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma