İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İsrailin kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən “Rayzone Group” şirkəti arasında memorandum imzalanıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sənədi Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və “Rayzone Group” şirkətinin rəhbəri Eran Reşeff imzalayıblar. Sənəd İsrailin qabaqcıl təcrübəsinin ölkəmizə transferi, DVX-da texnoloji imkanların genişləndirilməsi, innovativ alətlərin tətbiqi üzrə yeni əməkdaşlıq platforması yaradacaq və hər iki tərəf üçün faydalı olacaq.
//www.instagram.com/embed.js