Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana işgüzar səfər çərçivəsində Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Axalkələk stansiyasında görülmüş işlərlə tanış olub.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin icraçıları layihənin gedişi barədə ətraflı məlumat verib, sonra ərazidə infrastruktur obyektlərinə baxış keçirilib.
Qeyd edək ki, 2017-ci il 30 oktyabr tarixində açılışı olmuş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə həyata keçirilən yükdaşımaları artan dinamika ilə inkişaf etməkdədir. Bu günədək bu marşrutla 1 mln. tondan çox yük daşınıb.