“Morbius” artıq Bakı kinoteatrlarındadır – FOTO/VİDEO

“Morbius” filminin qorxulu təqdimatı keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təqdimat 28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında baş tutub.

Morbius, Columbia Pictures tərəfindən Marvel ilə birlikdə istehsal olunan Yaşayan Vampir Morbius personajının yer aldığı Marvel Comics əsasında hazırlanmış 2022-ci il Amerika superqəhrəman filmidir. Bu film Sony Pictures Releasing tərəfindən yayımlanan “Hörümçək Adam” Kainatı silsiləsindən üçüncü filmdir.

Kinoteatrın foyesi filmin üslubuna uyğun dekor olunub. Elin Əhmədov oynadığı Morbius obrazının qeyri-adi görünüşü onu tabutda apararkən qonaqları şoka salıb. Sonra tədbir iştirakçıları böyük məmnuniyyətlə gecənin baş qəhrəmanı ilə foto şəkil çəkdiriblər.

Filmin rejissoru Daniel Espinosadır. Baş rolu Jared Leto oynayıb. Filmdə həmçinin Maykl Kiton, Mett Smit, Adria Arhona, Jared Harris və başqa aktyorlar çəkilib.

Michael Morbius uşaqlıqdan nadir qan xəstəliyindən əziyyət çəkir və bütün yetkin həyatını müalicə tapmağa həsr edib. Bir gün Maykl yarasaların qanında mümkün bir xilası görür və riskli təcrübəyə qərar verir. Təcrübə gözlənilməz reaksiyaya səbəb olur: yarasa qanı xəstə hüceyrələrlə əlaqəyə girərək, Morbiusun bədənini dəyişdirir və onu qaniçən bir canavara çevirir.

“Morbius” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləmək olar.

Leave a Reply