Azərbaycanda faktiki hava – VİDEO

Bu gün Bakıda və Abşeron yarımadasında 18-23 m/s, arabir 27-32 m/s şimal-qərb küləyi müşahidə olunur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək gücündə külək müşahidə olunub.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuzdur, lakin axşama doğru bəzi şimal rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunub. Şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Bununla yanaşı, bu gün səhər saatlarında çaylarda suyun artması müşahidə olunub. Hazırda ölkə ərazisində mövcud olan çaylarda müşahidə olunan faktiki vəziyyət aşağıdakı kimidir:

Şabran Gilgilçay hidroloji məntəqəsi 

Zərdab rayonu Qarasu çayı

Zəyəmçay hidroloji məntəqəsi

Leave a Reply