Yeni şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edir. Şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Horadiz (Füzuli)-Bakı, Bakı-Sabirabad-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.

Müsabiqə şərtlərinə əsasən, Bakı-Horadiz (Füzuli)-Bakı istiqaməti üzrə daşıyıcıların ən azı 3, Bakı-Sabirabad-Bakı istiqaməti üzrə 2 orta və iri tutumlu avtobusu olmalıdır.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri 29 aprel 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 13 may 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.

İddiaçıların təkliflər paketlərini 26 may 2022-ci il tarixində müsabiqə keçirilən zaman komissiya üzvləri açacaqlar. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma