DİM-in saytında ziyarətçilər üçün çatbot yaradılıb

Çatbotun sınaq versiyası istifadəçilərin ixtiyarına verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən dim.gov.az saytının ziyarətçiləri üçün vətəndaşlar tərəfindən Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq tez-tez verilən suallar əsasında çatbot (süni sual-cavab simulyasiyası) hazırlanıb.

Çatbotun hazırlanmasında məqsəd istifadəçilərin maarifləndirilməsinə dəstək olmaq, tez-tez verilən sualları və onlara cavabları təqdim etmək və bununla da lazımi məlumatın daha tez əldə olunmasını təmin etməkdir.

Xidmət onlayn qaydada fasiləsiz rejimdə fəaliyyət göstərir. Smart tipli mobil telefon istifadəçiləri də çatbot vasitəsilə məlumatları sual-cavab şəklində əldə edə bilərlər.

Vətəndaşlar çatbotda onları maraqlandıran sualın cavabını tapmadığı halda info@dim.gov.az poçtuna yaza bilərlər. Ən çox verilən suallar və cavabları çatbota əlavə ediləcək.

Leave a Reply