Milli parkda “açıq qapı” günü keçiriləcək

Kiçik Qafqaz sıra dağlarının şimal-şərq yamacında yerləşən, əsrarəngiz göllərlə əhatə olunan və füsunkarlığı ilə dünyada məşhur olan Göygöl Milli Parkının aprelin 1-i yaranma günüdür.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu münasibətlə həmin gün milli parkda “açıq qapı” günü keçiriləcək. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

“Göygöl milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb”.

A.Babayeva bildirib ki, yüksək dağlıq və meşəlik landşafta malik olan milli parkda adları Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nəcib maral, qonur ayı, vaşaq, Xəzər uları, Qafqaz tetrrası, cırtdan, qartalça, kütyarpaq püstə, Qafqaz səhləbi, kiçik süsən və s. kimi flora və fauna növləri yayılıb.

“İstirahətinizi açıq havada, təbiət gözəlliklərindən zövq alaraq maraqlı keçirmək istəyirsinizsə, Göygöl Milli Parkı yolunuzu gözləyir.

Zəngin biomüxtəlifliyə malik milli parkda müxtəlif yaş kateqoriyasına uyğun 10 marşrut fəaliyyət göstərir ki, turistlər bu marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edə, onlar üçün ayrılmış piknik yerlərində dincələ bilərlər”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma