Sənaye balıq ovu qadağan edilir

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar daxili su hövzələrində – çaylarda, göllərdə, su anbarlarında 1 aprel 2022-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, moratorium sentyabrın 1-dək davam edəcək. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Xidmət rəisi qeyd edib ki, qadağa müddəti meliorativ kollektorlara şamil edilmir.

F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb.

“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar isə qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma