BNA yeni Vətəndaş Qəbulu Mərkəzinə gedən avtobusların siyahısını açıqlayıb

Bakı Nəqliyyat Agentliyi (BNA) Prezident Administrasiyasının yeni istifadəyə verilən Vətəndaş Qəbulu Mərkəzinə hərəkət edən avtobus marşrutlarının siyahısını açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qurmun Facebook səhifəsində paylaşdığı postunda qeyd edilib ki, vətəndaşlar mərkəzə “İnşaatçılar” metro stansiyası yaxınlığında 17, “Nəriman Nərimanov” metro stansiyası yaxınlığından 24, “28 may” metro stansiyası yaxınlığından 27, “20 Yanvar” metro stansiyası yaxınlığından 211 nömrəli avtobus marşrutları ilə gedə bilərlər.

Leave a Reply