Sudan ödənişli istifadə qaydaları təsdiqlənib

“Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

​Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Naxçıvan Muxtar Respublikası üzrə sudan ödənişli istifadə qaydaları bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilir.

Tarif (qiymət) Şurası bu Qərarla ilə təsdiq edilən Qaydalara uyğun olaraq sudan istifadə haqqını (tarifləri) iki ay müddətində müəyyən etməlidir.

Bu Qərarla təsdiq edilən Qaydalar nəzərdə tutulan sudan istifadə haqqı (tariflər) təsdiq edildikdən sonra qüvvəyə minir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma