Hansı halda yenidoğulmuş körpələrdə sarılığa rast gəlinir?

El arasında sarılıq adlandırılan xəstəliyin müxtəlif formaları olur və onlardan biri yenidoğulmuş uşaqlarda aşkar edilən sarılıqdır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Aygün Rüstəmxanlı aşağıda təqdim etdiyimiz müsahibədə yenidoğulan körpələrdə sarılığın erkən təyin olunmasının və nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Aygün xanım, ana südü sarılığı nədir ?

Ana südü sarılığı (Arias hiperbilirubinemiya, yenidoğulmuşların hiperbilirubinemiyası) ana südünün tərkibində bəzi maddələrin artıqlığı və ya ana südünün azlığı ilə bağlı ortaya çıxan sarılıqdır. Adətən öz-özünə keçib gedir, lakin həkim nəzarətində olmaq çox önəmlidir. Uzanmış sarılıqlı körpələrin müalicəsiylə yanaşı, onların lazım gəldikdə davamlı monitorinqi də vacib məsələdir. Müalicəyə gecikdirilməməklə yanaşı lazımsız və erkən müdaxilələr də əhəmiyyətsiz və zərərli ola bilər.

Hansı halda yenidoğulmuş körpələrdə sarılığa rast gəlinir?

Sarılıq yenidoğulmuşlarda tez-tez rast gəldiyimiz bir simptomdur. Bətndaxili infeksiyalar zəminində yaranmış qan parcalanması, yenidoğulmuş xolestazı, yenidoğulmuşun sidik yolu infeksiyası, mümkün ola biləcək hər hansı bir mexaniki proseslər, inkişaf qüsurları, irsi və metabolik, endokrin xəstəliklər yenidoğulmuşda yaranmış sarılıq səbəbi olaraq qiymətləndirilir. Bu əlamətin hansı səbəbdən yaranmasını həkimlər diqqətdə saxlamalı və ailələri məlumatlandırmalıdılar.
Fizioloji və keçici dövr müxtəlif infeksiyalara bağlı xəstəliklərdə, dərman müalicəsi qəbul edənlərdə, düzgün və yetərli qidalandırılmayan körpələrdə, vaxtından erkən doğulmuşlarda daha çox və dəyişkən ola bilər.
Vaxtında doğulmuşların təqribən yarısında, vaxtından erkən doğulmuşların isə 70-80%-də sarılıq görülə bilər.

Hansı sarılıqlara pataloji sarılıq deyilir?

Patoloji sarılıq uşaq doğuduqdan dərhal sonra inkişaf edir. Bəzi laborator və kliniki əlamətlər olduqda pataloji sarılığın olması ehtimalı ilə müayinələr aparılmalıdır.
Qan müayinəsində bilirubin səviyyəsi 5 mg/dl olarsa, bu zaman dəridə gözlə görülə biləcək sarılıq müşahidə olunacaq. Bu rəqəm ilk gündən təyin olunsa, yenidoğulmuş körpənin sarılığının dəyərləndirilməsi üçün hansı risk qrupu daşıdığı müəyyənləşməlidir. Yüksək, orta və aşağı risk qruplu yenidoğulmuşlar bilirubin izlənməsi üçün tərtib olunmuş xüsusi cədvəllərə əsasən nəzarətə götürülməlidir.

Bu zaman ailələr nəyə diqqət etməlidilər?

Qeyd edim ki, sarılığın müalicəsinə bəzən ilk gün, ilk saatlardan, bəzən isə evə yazıldıqdan da sonra müayinə zamanı qan təhlillərinə əsasən başlanıla bilər.
Ailələr əsasən körpənin yetərli qidalanması, aktivliyi, fizioloji aktların-sidik və nəcis ifrazının adekvatlığı, nəcisin rəngi, sayı və s. diqqət etməlidilər. Onlar həkimin təyin etdiyi vaxtdan gec olmayaraq körpəni müayinəyə aparmalıdılar.

Müalicə zamanı önəmli məqam hansılardır?

Yenidoğulan körpələrdə sarılığın erkən təyin olunması və nəzarətdə saxlanılması olduqca vacibdir. Sarılığın müalicəsində daha çox fototerapiyadan istifadə olunur. Bunun körpə üçün ziyansız olduğu və fəsadın olmayacağını həkim hər bir ailəyə izah etməlidi. Məsələn, 20 günlük, fiziki inkişafı, çəki artımı, aktivliyi normal olan körpənin sarılığı var və eyni zamanda nəcis rəngsizdir (axolikdir). Bu hal diqqətdən yayınarsa, sağalması mümkün olmayan vəziyyət yarana bilər. Anadangəlmə xəstəlik olan “Biliar atreziya” diaqnozu iki ay gecikdirilərsə, xəstənin xilası üçün erkən icra olunmalı “Kasai” əməliyyatı da gecikmiş olacaq. Göründüyü kimi nəcisin rəngsizliyi istiqamətvericidir. Bu kimi hallarda xəstələrin müalicəsində fototerapiya və digər müalicələr faydasız olacaqdır.
Körpənin izləmində, fizioloji çəki itkisinin vaxtında bərpası, nəcis ifrazının sutkalıq sayının 3-4, sidik ifrazının 4-6 dəfə olması düzgün və yetərli qidalanmasına dəlalət edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma