Dənizkənarı Milli Parkın sanitariya-mühafizə zonasının sahəsi təsdiq edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında Qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərara əsasən Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 535,33 hektarlıq sahədə təsdiq edilib.

Qərar “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Leave a ReplyCancel reply