Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda problemlər aradan qaldırılır

Dünən gecədən başlayaraq yağan güclü qar səbəbindən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb.

TIME Trend-ə bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, qar yağırsa, problemin olmaması mümkün deyil.

Həmin əraziyə texnikalar və canlı qüvvə cəlb edilib, yola duz və qum səpilir.

“Yollar qardan təmizlənir, amma qar yağmağa davam edirsə, yol yenidən örtülür. Ona görə də sürücülər özləri hava şəraitinə görə avtomobillərini hazır vəziyyətə gətirməlidirlər. Mövsümə görə hazırlığı olmayan sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edirik”, – deyə qurum rəsmisi bildirib.

Leave a Reply