Məktəblilərin yeni geyim formalarının təsvirləri təsdiq edilib – qızlar şalvar geyə bilərlər

Nazirlər Kabinetinin qərarına əsasən dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib və ilk dəfə olaraq məktəbli qızların formasında şalvar nəzərdə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin  Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

Qərar ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanların geyim formalarının Təsvirləri” təsdiq olunmuşdur. Təhsilalanların yay və qış geyim formalarının onların sağlamlığına mənfi təsir göstərməyən təbii və keyfiyyətli parçalardan hazırlanması nəzərdə tutulur.

Bu Qərar 2022/2023-ci il tədris ilindən tətbiq edilir.

Leave a Reply