İçərişəhərdə martın 19-da təntənəli Novruz bayramı tədbirləri keçiriləcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bayram tədbirlərin açılışı saat 17.00-da canlı musiqilər, alov şousu ilə başlayacaq.
Saat 19:30-da ənənəvi bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək.