Azərbaycandan heyvandarlıq və qida məhsullarının çıxarılması xüsusi icazə ilə həyata keçiriləcək

Nazirlər Kabineti Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının
tənzimlənməsinə dair tədbirlər haqqında Qərar verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərara qeyd edilib ki, iqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır.

Bunu nəzərə alaraq Nazirlər Kabineti aşağıdakıları müəyyən edib:

– siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilir;

– bu Qərara əlavə edilən siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçirilir;

– bu Qərara əlavə edilən siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu
maddəsinə uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir;

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarın 1.3-cü bəndində nəzərdə tutulmuş müraciətə onun təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxır;

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim edilir;

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 (beş) iş günü
müddətində əsaslandırılmış imtina məktubu təqdim edilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Bu Qərarın 1-ci hissəsi bu Qərara əlavə edilən siyahıya daxil olan malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq gömrük ərazisindən aparılmasına şamil olunmur.

Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

***

Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların

S İ Y A H I S I

Sıra№-siXİF MN üzrəkodMalın adı
1.0102Diri iribuynuzlu mal-qara
2.0104Diri qoyunlar və keçilər
3.0201Təzə və ya soyudulmuşiribuynuzlu mal-qara əti
4.0202Dondurulmuş iribuynuzlumal-qara əti
5.0204Təzə, soyudulmuş və yadondurulmuş qoyun əti və ya keçi əti
6.0207 11Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və yasoyudulmuş əti
7.0207 12Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti
8.0207 13Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələrivə ətin əlavə məhsulları
9.0207 14(0207 14 990 1istisna olmaqla)Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətinəlavə məhsulları
100402Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici
maddələr əlavə edilmiş südvə qaymaq
11.0405Kərə yağı və süddənhazırlanmış digər piylər və yağlar; südlü pastalar
12.0407Qabıqlı, təzə,konservləşdirilmiş və ya sudabişirilmiş quş yumurtaları
13.0701-dənTəzə və ya soyudulmuş kartof (istixanada yetişdirilənfaraş kartof istisna olmaqla)
14.Qrup 10Dənli bitkilər
15.Qrup 11Unüyütmə-yarma sənayesi məhsulları; səməni;nişastalar; inulin; buğda özü
16.Qrup 12Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texnikibitkilər; Saman və yem
17.1509Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları:
18.1510 00Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla
19.1512 11Günəbaxan və ya saflor yağıvə onların fraksiyaları, xamyağ
20.1512 19Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, digərləri
21.1515 21Qarğıdalı yağı və onunfraksiyaları, xam yağ
22.1515 29Qarğıdalı yağı və onunfraksiyaları, digərləri
23.1516 20Bitki piyləri və yağları və onların fraksiyaları
24.1517Marqarin; 1516 mal mövqeyindəki qida üçün yararlı olan piylərdən və ya yağlardan, yaxud onların fraksiyalarından başqa, bu qrupdakı heyvan və ya bitki piylərinin və ya yağlarının, yaxud müxtəlif piylərin və ya yağların fraksiyalarının qida üçün yararlı olan qarışıqlarıvə ya hazır məhsulları
25.1701Bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza
26.1901 10 000 0Pərakəndə satış üçün qablaşdırılmış körpə uşaqlarüçün hazır məhsullar
27.1902İsti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti,makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni kimi makaron məmulatları; hazırlanmış və yahazırlanmamış kuskus
28.Qrup 23Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem

Leave a Reply