“1915-Çanaqqala” körpüsünün açılışı olub

Türkiyədə Dardanel boğazı üzərində “1915-Çanaqqala” asma körpünün açılış mərasimi keçirilib.

TIME Trend-ə istinadən bildirir ki, körpü Birinci Dünya müharibəsi dövründəki Çanaqqala döyüşündə qazanılan tarixi qələbənin 107-ci ildönümündə açılıb.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreyanın baş naziri Kim Bu Gyom iştirak edib.

Qeyd edək ki, Dardanel boğazının Avropa və Asiya sahillərini ilk dəfə birləşdirəcək “Çanaqqala” körpüsünün ümumi uzunluğu 4 608 metrdir.

Dünyanın ən uzun orta aşırımlı asma körpüsü “1915-Çanaqqala” körpüsünün tikintisinə 5100 nəfər və 740 ədəd tikinti texnikası cəlb olunmuşdu.

Leave a Reply Cancel reply