“Azerspace-1” peyki üzərindən Türkiyənin bir neçə televiziya kanalı yayıma başlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu ilin mart ayından etibarən Türkiyənin baxımlı televiziya kanallarından olan “TMB TV”, “Akıllı TV”, “Nurs TV” və “EuroTrio TV” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.
“TMB TV” kanalında əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur. “Akıllı TV” və “Nurs TV” televiziyalarında daha çox əyləncəli verilişlər təqdim edilir. “Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV” kanalının gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.
Kanalların yayım tezlikləri aşağıdakı kimidir:
“TMB TV”, “Akıllı TV” və “Nurs TV” kanallarının yayım tezliyi: 11024/H/16500
“EuroTrio TV” kanalının yayım tezliyi: 11095/H/30000