Uşaqlar arasında artıq çəki və piylənmənin səviyyəsi araşdırılacaq

Araşdırma 6-9 yaşlı uşaqları əhatə edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, martın 15-16-da Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı təlim keçirilib. Təlim Azərbaycanda aparılacaq bu tədqiqatla bağlı mütəxəssisləri hazırlamaq məqsədilə təşkil olunub.

Giriş sözü ilə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair aparılan COSI tədqiqatının ölkəmizdə ilk dəfə keçirildiyini bildirib: “Mərkəzimiz tərəfindən son dövrlər aparılan sorğular göstərir ki, COVID-19 pandemiyası əhalinin, o cümlədən uşaqların fiziki aktivlik və qidalanma vərdişlərinə təsir edib. COSI tədqiqatı bu təsirlərin səviyyəsini, uşaqlar arasında artıq çəki və piylənmə dərəcəsinin öyrənilməsi ilə yanaşı, bu istiqamətdə zəruri addımların, müvafiq tədbirlərin görülməsinə imkan verəcək”.

Öz çıxışlarında ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi, qeyri-infeksion xəstəliklər üzrə proqram rəhbəri Elturan İsmayılov, ÜST-nin Avropa üzrə Regional Ofisinin eksperti Marta Buoncristiano, COSI-nin Qazaxıstan üzrə baş tədqiqatçısı Şınar Abdrəhmanova və COSI-nin Azərbaycan üzrə baş tədqiqatçısı Nabil Seyidov tədqiqatın tarixi, məzmunu və məqsədi barədə ətraflı məlumat veriblər. Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü 2005-ci ildə yaranıb və bu sistemin məqsədi məktəbyaşlı uşaqlar arasında artıq çəki və az çəki ilə bağlı tendensiyaları araşdırmaqdır. Bu tədqiqat ilk dəfə 2007-2008-ci ildə 12 ölkənin iştirakı ilə keçirilib və 268 min uşağın çəkisi ölçülüb. Tədqiqatın 2019-cu ildə keçirilən V raundunda isə 400 mindən çox uşağın çəkisi ölçülüb.

Azərbaycan COSI sisteminə 2020-ci ildə qoşulsa da, tədqiqatın aparılması COVID-19 pandemiyası səbəbindən baş tutmayıb.

Hazırda tədqiqatın 2021-2023-cü illərdə keçirilməsi nəzərdə tutulan VI raundu təşkil olunur və Azərbaycan da daxil olmaqla 40-a yaxın ölkə bu tədqiqatda iştirak edir. Hər iştirakçı öz ölkəsi üzrə 6-9 yaşlı uşaqlar arasında sorğu məlumatlarını toplamalıdır.

Qeyd edək ki, COSI tədqiqatı Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində və ÜST-nin metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə cari ilin aprel-may aylarında keçiriləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma