Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarları maarifləndirməkdə davam edir və növbəti video çarxı hostel fəaliyyəti ilə məşğul olan sahibkarları narahat edən sualı cavablandırıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, ölkəmizdə turizmin inkişafı fonunda otel və mühmanxanalarla yanaşı, ekonom klasına aid olan səyahətçilərin yerləşdirilməsi məqsədi ilə hostel xidmətləri göstərən sahibkarların sayı artmaqdadır.
Hostel fəaliyyəti yerli sahibkarlar üçün nisbətən yeni olduğu üçün bu fəaliyyətin vergi məcəlləsinə uyğun şəkildə aparılması məsələsi gündəmə gəlib. Beləliklə, sahibkarları maraqlandıran aktual suallardan biridə “Hostel fəaliyyəti üzrə müştərilərdən alınan ödənişlərə görə nəzarət kassa aparatının çeki təqdim edilməlidirmi?” sualıdır.