AzTV “Quruluş: Osman”ı yayımlayacaq

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yayımlandığı gündən Türkiyə seriallarının reytinq siyahısında birinci olan daha bir tarixi serialı – “Quruluş: Osman”ı yayımlayacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Bozdağ film”in istehsalı olan serialın yayım hüququ ilə bağlı müqavilə artıq imzalanıb.

Çəkilişləri hələ davam edən serial Azərbaycan dilinə dublyaj olunacaq. “Quruluş: Osman”ın AzTV-də sentyabr ayından yayımlanması planlaşdırılır.

“Quruluş: Osman” serialı hazırda Türkiyənin “ATV” kanalında nümayiş etdirilir və efirə verildiyi gündən reytinqdə ilk pillədə qərarlaşıb. Əksər vaxtlarda 10 və yuxarı reytinq alır.

Ssenarisi Mehmet Bozdağa aid olan serialda tanınmış aktyorlar – Burak Özçivit, Yıldız Çağrı Atiksoy və digərləri rol alıblar.

“Quruluş: Osman” serialı hazırda AzTV-də yayımlanan “Diriliş: Ərtoğrul” serialının davamıdır.

Serial Ərtoğrul qazinin oğlu, Osmanlı İmperiyasının qurucusu və ilk hökmdarı I Osmanın həyatından bəhs edir. Onun keşməkeşli həyat və döyüş yolu, imperiyanın qurulması istiqamətində fədakarlığı serialda tarixi hadisələrə əsaslanaraq bədii formada nümayiş olunur.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC dünyanın müxtəlif ölkələrinin media qurumları ilə əlaqələr qurmağa davam edir. Hazırda Pakistan, Serbiya, İran media qurumları ilə qarşılıqlı əməkdaşlıq üçün danışıqlar aparılır və memorandumlar imzalanır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma