Sabah hava yağıntılı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir. Yağıntı axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gündüz 5°-dək isti, axşam 2°-yə yaxın, Bakıda gündüz 5°-dək isti, axşam 2°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma