Ombudsman Uşaq Sığınacağına yerləşdirilən qadının qətli ilə bağlı yayılan məlumatı araşdırıb

Azyaşlı övladları ilə birlikdə “Ümid Yeri” Uşaq Sığınacağına yerləşdirilən qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Ombudsman tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ombudsman Aparatı tərəfindən “Ümid Yeri” Uşaq Sığınacağının rəhbərliyi ilə əlaqə saxlanılaraq, baş vermiş hadisə barədə ətraflı məlumat alınıb, sığınacaqda saxlanılan şəxslərin hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub. Eyni zamanda, sığınacaqda yaşayan üç azyaşlının vəziyyəti və psixoloji durumu, həmçinin baş vermiş hadisənin sığınacağın digər sakinlərinə təsiri öyrənilib.

Məsələnin obyektiv araşdırılması ilə əlaqədar Ombudsman Aparatı tərəfindən Xəzər Rayon Prokurorluğuna müraciət edilib.

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlər görüləcəkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma