Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə görüş keçirilib

Martın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) rəhbərliyi arasında görüş keçirilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli ölkəmizin vergi sistemində aparılan islahatlara diqqət çəkərək, bu islahatların biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi yükünün azaldılması, vergilərin optimallaşdırılması, vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin yeni müstəvidə qurulması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirib.

Dövlət Vergi Xidmətinin başlıca strategiyası dövlətin həyata keçirdiyi fiskal siyasətə uyğun olaraq vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilən vergilərin tam və vaxtında ödənilməsini təmin etməkdir. Müasir iqtisadi şərait, biznes mühiti, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklər həm vergi ödənişlərinin təmin edilməsi, həm də vergi inzibatçılığının həyata keçirilməsi baxımından qarşıya yeni tələblər qoyur.

Vergi inzibatçılığının və qanunvericiliyin təkmilləşdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vergi ödəyiciləri ilə əlaqələrin yeni müstəvidə qurulması həyata keçirilən islahatların əsas prioritetlərindəndir. Vurğulanıb ki, Dövlət Vergi Xidməti biznes nümayəndələri, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlığa, açıq dialoqa və qarşılıqlı fikir mübadiləsinə böyük əhəmiyyət verir. Müzakirələr üçün platformaya çevrilmiş bu əlaqələr biznes mühitinin yaxşılaşdırılması prosesinə töhfə verir.

Görüşdə birgə əməkdaşlıq imkanlarının inkişafına toxunan AHK-Azərbaycanın icraçı direktoru Tobias Baumann qeyd edib ki, Dövlət Vergi Xidmətinin rəhbərliyi ilə görüşmək, fikir mübadiləsi aparmaq Palatanın üzvləri üçün son dərəcədə vacibdir. Bildirilib ki, AHK-Azərbaycan 2012-ci ildən etibarən alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq, şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 140-dan artıq üzv şirkəti ilə AHK-Azərbaycan Avropanın ölkəmizdəki ən geniş şəbəkəyə malik iqtisadi assosiasiyalarından biridir. 

AHK Azərbaycanın İdarə Heyətinin sədri Fərid İsayev Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında imzalanmış müxtəlif sənədlərin xarici investorların iqtisadiyyatın müxtəlif sahələrdə fəal iştirakına əlverişli şərait yaratdığını bildirib. Qeyd edilib ki, iqtisadi əlaqələrin möhkəmlənməsində “AHK Azərbaycan”ın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma